Apr 08, 2019 20:25 Asia/Baku
  • İmam Hüseyn(ə)-ın mövludu və pasdar günü mübarək!
    İmam Hüseyn(ə)-ın mövludu və pasdar günü mübarək!

İslami İran dünya şiələrinin üçüncü imamı və dünya şəhidlərinin ağası Həzrət İmam Hüseyn(ə)-ın mövludunun ildönümü günü gecəsində şövq və şadlığa bürünüb.

Sabah, 2019-cu il aprelin doqquzu və 1440-cı hicri qəməri ili şəban ayının üçü, İmam Hüseyn(ə)-ın mövludunun ildönümü günüdür.

Şəban ayının üçü, İslam dini və Muhəmməd(s.ə.s.) şəriəti pasdarının səadətlə dolu mövludunun ildönümü günüdür ki, Kərbəla çölündə özünün misilsiz fədakarlığı ilə bütün dünya xalqlarına azadəlik və izzət dərsini keçdi. Bu böyük şəxsiyyət əziz İslam dini və Qurani-Kərimin müdafiəsi və mühafizəsi nümunəsi oldu.

Teqlər