Avq 21, 2019 06:54 Asia/Baku
  • Süni damar layihəsi
    Süni damar layihəsi

Əks mühəndislik metodu ilə süni damar layihəsi ilk dəfə olaraq İranda təqdim olunub. Bu gün Əmir Kəbir adına sənaye institutuna getdik. Onun tədqiqatçıları bir tədqiqat layihəsində onu düzəltməyə müvəffəq olublar.

Rəhim Fəturəçi: Biz sağlam insanın arteriyalarının mexaniki özəlliklərini araşdırdıq və əsas və mühüm bir instruksiya kimi süni damarların işlənib hazırlanması və düzəldilməsində istifadə etdik. Və laxtalanmanın ikinci addımında bu mexanizmi azaltıq.

Əks mühəndislik metodu ilə süni damar layihəsi ilk dəfə olaraq İranda təqdim olunub.

Fərid Tondnevis: İnsanın təbii endoteliya hüceyrələrini Pastor institutu kimi məkanlardan əldə etdik və bu hüceyrələri yaxşı bir sınaq şüşəsində öz süni damarımızın strukturunun içərisinə sərdik və yetişdirdik.

Bu təqdim olunmuş layihədə süni damar düzəltmək üçün nano texnologiyasından istifadə olunub.

Rəhim Fəturəçi: Sonda ilk dəfə olaraq süni damarlar düzəltmək üçün jelatin, karbon, nano layt və poliyurtan kampozitindən istifadə etdik.

Bu məhsul müxtəlif ölçülərdə istehsal qabiliyyətinə malikdir.

Bu mühüm tədqiqat layihəsi üç ayadək qoyun kimi heyvan nümunəsi və ondan sonra insan üzərində sınaqdan keçirilməlidir.