Avq 27, 2019 12:10 Asia/Baku
  • Xarici turistlərin İrana girişləri artıb
    Xarici turistlərin İrana girişləri artıb

İranın mədəni irs, turizm və əl işləri sənayesi nazirliyinin başçısı proqnoz edib ki, cari ilin sonunadək təqribən on milyon turist İrana səfər edəcək.

Əli Munesan dünən axşamçağı Şirazda xarici və daxili turistlərin səfərləri sahəsində İran vilayətlərinin şəraitini qənaətbəxş adlandıraraq, deyib: Ölkə boyu 500 otelin tikilməsinə şamil olan təqribən iki min turizm layihəsi icra olunmaqdadır ki, bu layihələrin istifadəyə verilməsilə yaxın gələcəkdə İranın turizm tutumu ildə 20 milyon nəfərədək artacaq.

"Bizim turizm gəlirlərindən əldə olunan payımız 20 milyard dollara yaxındır" deyən İranın mədəni irs, turizm və əl işləri sənayesi nazirliyinin başçısı bildirib ki, hər bir xarici turistin daxil olması ölkəyə təqibən 1400 dollar gəlir gətirəcək.

Munesan deyib: İranda turizm sənayesinə diqqətin yetiriləcəyi təqdirdə, bu sənaye İranın müqavimət iqtisadiyyatının sütunlarından biri sayıla bilər.

Teqlər