Sen 16, 2019 20:46 Asia/Baku
  • Özünəməxsus döymə
    Özünəməxsus döymə

Döymə uzaq və uzun keçmişə malikdir. Bu üzdən, son dərəcə dəyərli və iftixarlı bir sənətdir. İsfahan döymə sənayesinin tanınmış ustadlarından olan Ustad Rəcəbəli Rai bu günlər özünəməxsus bir əsər yaradıbdır.

Digər bir əsərin adı və şöhrətinə görə, İranın naxış üzrə döymə sənətinin atasının sorağına getdik.

Ustad Rai: Həmkarlar və dostlar arasında bir az səs-küy qoparmış bu işin adı, Riton-dur. Uzunluğu 60 santimetr olan bu əsər ilk dəfə olaraq İranda işlənibdir.

Bu nəfis əsər əlin hünəri ilə cansız metaldan canlanıbdır.

Ustad Rai: Əlimdəki bu fiqur və ya riton öncə 80 santimetrlik dairəvi misdən olub və çəkic zərbəsilə öz formasını dəyişibdir.

Ustad Rai: Heç kəs inanmır ki, bu, əl işidir. Hətta dünyanın heç bir yerində maşın da belə bir iş görə bilməz. Beləliklə İran adında özünəməxsus bir şey düzəldilib.

Sənətkarın zövqü bir çox əsərdə öz əksini tapıbdır.

Ustad Rai: Hər tərəfdən baxsanız, kəsik, qaynaq və ya lehim görməzsiniz. Bu əsər milyonlarla çəkic zərbəsilə öz növündə özünəməxsus bir iş yaradıbdır.

Bu sənətin əsas oyunçuları ustadın əlinin fırlanması göstərişinə qulaq asan qələmlərin hünəri olubdur.

Ustad Rai: Bu tuk dönmələrinin qaşıq adında bir qələmi var və dairəvi şəkildə fırlanmalıdır. Buynuzlar üçün də həmçinin.

Elə bu nişanə ilə dehəqli ustadın adı və şöhrəti dünyanın hər yerini dolanıbdır.

On kiloqram ağırlığında olan bu nəfis sənət əsəri səkkiz ay müddətinə düzəldilib və simvolik şəkildə ölkə muzeylərindən birində saxlanılmalıdır.