Sen 22, 2019 12:28 Asia/Baku
  • Livanlı güləşçi sionist rəqiblə görüşdən imtina edib
    Livanlı güləşçi sionist rəqiblə görüşdən imtina edib

Livanın 86 kiloqram çəki dərəcəli güləşçisi Dominik Maykl Əbu-Nadir Qazaxıstanda keçirilən dünya çempionatında sionist rejimdən olan rəqiblə görüşdən imtina edib.

Livan milli komandasının sərbəst güləşçisi dünən 86 kiloqram çəki dərəcəsi üzrə yarışların ilk dövründə sionist rejim nümayəndəsi ilə mübarizə aparmalı idi. Lakin o, bu rəqiblə görüşə çıxmayaraq, yarışlardan götürülübdür.

Bir çox idmançılar sionist rejimi rəsmən tanımamaq çərçivəsində və məzlum Fələstin xalqının amalına dəstək istiqamətində beynəlxalq turnirlərdə sionist rejim nümayəndələri ilə yarışmırlar.

Teqlər