Okt 20, 2019 19:48 Asia/Baku
  • Xaricilər İrandakı müalicəni rəğbətlə qarşılayırlar
    Xaricilər İrandakı müalicəni rəğbətlə qarşılayırlar

İranda müalicə xərclərinin aşağı olmasına və həkimlərin məharətinə görə, hər il çoxlu sayda xarici vətəndaş müalicə, həmçinin müalicə və gözəllik əməliyyatları keçirmək üçün İrana gəlir.

Bu gün, Tehranın Nurəfşar xəstəxanası.

Göz və yanaq nahiyələrindən zərər çəkmiş iraqlı xəstə cərrahiyyə otağına getməyə hazırlaşır.

Müsahibə: İraqda yaxşı həkim yoxdur. Dedilər ki, İranda yaxşı mütəxəssislər var.

Tehran universiteti, Şərif universiteti və Tehran Tibb Elmləri Universitetinin tibbi və texniki mütəxəssisləri İranın Hilal müalicə kompleksində bu xəstənin müalicə komandasını təşkil edirlər.

Müsahibə: Naviqasiya sistemi və rəqəmsal dizayn texnologiyasından istifadə ilə üzünün itirilmiş başlıca hissəsini bərpa etməliyik. Mühüm cəhət budur ki, bu cərrahiyyə əməliyyatı və protezin düzəldilməsi prosesi tamamilə İrana məxsusdur.

Protezin işlənib hazırlanması iki ay vaxt aparıbdır.

Müsahibə: CT müayinəsi vasitəsilə üzünün formasını əldə edirik. Bədən üzvünün həndəsəsini çıxarırıq və xəstə üçün hazırlanmış detalı üçcəhətli printerdən istifadə edərək, titan materialından istehsal və istilik əməliyatı və qamma şüası vastisəilə yumadan sonra əməliyyat otağında istfadə edirik.

Bu protezin bu xəstə üçün xərci beş min dollara başa gəlib. Bu da Avropadakı xərcin üçdə bir hissəsi qədərdir. Bu, o deməkdir ki, İran bölgədəki xəstələrin yaxşı və sərfəli müalicəsi üçün ən münasib ölkədir.

Hər il təqribən 300 min xarici turist müalicə üçün İrana daxil olur ki, bu da ötən il ölkəyə təqribən bir milyard 200 milyon dollar dəyərində gəlir gətiribdir.