Okt 21, 2019 20:45 Asia/Baku
  • İndoneziyada zibil qızıl ilə dəyişdirilir
    İndoneziyada zibil qızıl ilə dəyişdirilir

İndoneziya hökuməti bu ölkə vətəndaşları arasında yaş və quru zibillərin ayrılması mədəniyyətini yaymaq və onları bu işə təşviq etmək üçün zibil almaq qarşılığında onlara qızıl sikkə hədiyyə edir.

Əgər İndoneziya vətəndaşları müxtəlif quru tullantılar, o cümlədən karton, plastik su butılkaları və alüminium limonad qutularına şamil olan yüz kiloqram zibil toplayıb, emal maddələri məmurlarına təhvil verərlərsə, bu ölkənin tullantılar bankından on qramlıq qızıl sikkə ala bilərlər.

İndoneziyada tullantılar bankı ətraf mühiti sağlamlaşdırmaq sahəsində bu ölkə vətəndaşlarının təşviq edilməsi və bu barədə mədəniyyətin yaradılması məqsədilə son zamanlar yaradılaraq, aktivləşibdir.

İndoneziya hökuməti bu yaradıcı metodla təbiətdəki zibillərdən azad olmaq və onları basdırmaq sahəsindəki problemləri minimuma endirməyə ümid edir.