Noy 29, 2019 10:18 Asia/Baku
  • İranın əməliyyat peykinin düzəldilməsi sahəsindəki uğuru
    İranın əməliyyat peykinin düzəldilməsi sahəsindəki uğuru

İran İslam Respublikası əməliyyat peykinin düzəldilməsi sahəsində yeni uğur əldə edibdir.

İranın kosmonavtika təşkilatının sədri Mortəza Bərari dünən tvitter-də yazıb: İran İslam Respublikası əməliyyat və strateji peykin düzəldilməsi sahəsində digər bir addıma yaxınlaşıbdır.

Bərari söyləyib: Peykin vəziyyətinin təyini və ona nəzarət texnologiyası iranlı mütəxəssis gənclər tərəfindən inkişaf etdirilibdir. Bu texnologiya qüsurun müəyyən edilməsi və düzəldilməsi qabiliyyətinə malikdir.

İranın kosmonavtika təşkilatının sədri deyib ki, bu məsələ orbitdə peyklərin əlçatan olmaları, tapşırığın yerinə yetirilməsi və əminlik əmsalının maksimum səviyyədə artırılması üçün digər bir müvəffəqiyyət sayılır.

İranın kosmonavtika təşkilatının sədri həmçinin tvitter-də “Parlaq gələcək” haştaqını dərc edibdir.

 

Teqlər