Noy 29, 2019 16:38 Asia/Baku
  • Yaşıl diyarda qırmızı qızıl əkini rövnəqi
    Yaşıl diyarda qırmızı qızıl əkini rövnəqi

Zəfəran ən gəlirli bitkilərdən biridir. Öncə onun becərilməsi Xorasanın inhisarında idi, lakin son illərdə İranın oxşar iqlimi olan digər bölgələri və vilayətlərində də əkinçilərin rəğbətilə üzləşibdir.

Bir payız səhəri Mazandaranın yuxarı məntəqələrindən reportaj hazırlamaq üçün dağ yürüşü etməli olduq.

Bu yüksəklikdə bu bölgənin əhalisi zəfəran əkir. Bənövşəyi zəfəran çiçəkləri ilə örtülmüş əkin sahələri, Sari şəhərinin Dodange bölgəsindəki kəndlərin tanış payız mənzərəsidir.

Bu, qırmızı qızıl və ya zəfərandır. Dünyanın ən qiymətli və ən sevimli ədviyyatı.

Zəfəran bir neçə ildir ki, Mazandaranın yuxarı kəndlərində aşağı məhsuldarlığa malik olan məhsulların yerini tutubdur.

M.K - Əgər biz burada arpa əkmək istəsəydik, təqribən 3-5 milyon tümən gəlir əldə edərdik. Zəfəranın qiymətinə görə isə təxminən 30-40 milyon tümənlik gəlirimiz olacaq.

Hər kiloqram arpanı əkinçilərdən 1000 tümənə alırdılar, zəfəranı isə bizdən 8-13 milyon tümənə satın alırlar.

Dünya bazarlarında bir kilo zəfəranın qiyməti 150 milyon tüməndir, yəni zəfəran qızıldan da bahadır.

Mazandaranın yuxarı hissəsində torpaq becərilməsi ilə yanaşı, istixana becərilməsi də uğurlu olubdur. Cənab Nurbəxş dostları ilə yanaşı, bir neçə ildir istixanada zəfəran yetişdirir.

M.K - Mən dörd ildir ki, zəfəran becərilməsi üzərində araşdırma aparıram. Bu becərmənin üstün cəhətlərindən biri budur ki, suvarılmır və torpaqsız və suya ehtiyacı olmadan bir səthdə yetişdirilir.

Bilməyiniz yaxşı olardı ki, araşdırmalar zəfəran çiçəklərindən əlavə, zəfəran soğanı istehsalının Mazandaran əkinçiləri üçün yeni məşğulluq və gəlir qapıları aça biləcəyini göstərdi.

Mazandaranda bu qiymətli məhsulun becərilməsi su və gübrə tələb etmir və yaxşı keyfiyyətə də malikdir.

Vilayətin müxtəlif bölgələrində əkinçilərin zəfəran becərilməsini rəğbətlə qarşılamalarına əsasən, bu məhsulu münasib iqtisadi fayda hesab etmək olar.