Fev 23, 2020 20:23 Asia/Baku
  • Xur və Biyabanək-də turizm cazibədarlıqları
    Xur və Biyabanək-də turizm cazibədarlıqları

İranın Mərkəzi səhrasında yerləşən “Xur və Biyabanək” bir dünya təbii və tarixi gözəlliklərlə hər il on minlərlə daxili və xarici turisti qəbul edə bilər.

Bu ev “Xur və Biyabanək” bölgəsindəki 65 turizm mərkəzindən biridir.

Kişi: Komandanın ekoturizm evlərini bərpa etməyə başladığı zamandan bəri çox sayda daxili və xarici turst gəldi.

Bu rayonun 27 şəhər və kənd nöqtəsi var. Hər nöqtədə orta hesabla iki ekoturizm evi və ya ənənəvi otel tapmaq olar. Amma onların əksər hissəsi Misir kəndindədir. Yumşaq qumlar arasında yerləşən bir kənd.

Kişi: Kəndimizin 14 ekoturizm iqamətgahı var və turizm məqsədlərindən biri hesab olunur.

Çox sayda turist səhradan istifadə edir.

Qadın: İran səhrası çox zəngin və gözəldir.

Kişi: Bura, qədim İran ənənəsini xatırladır.

Yaşayış məkanları və ya iqamətgahlar Misir kəndi ilə bitmir. Əgər Gərmə-yə səfər etsəniz, ölkənin ilk ekoturizm iqamətgahını görərsiniz.

Kişi: Bəzi turistlər mədəni mühiti xoşlayırlar.

1390-cı günəş ilindən bəri ekoturizm iqamətgahları 14-dən 62-ə çatıbdır. Onların yetmiş faizini gənclər idarə edirlər və 310 nəfər birbaşa surətdə işlə məşğuldur.

“Xur və Biyabanək” ekoturizm iqamətgahları məcmuəsi sutka ərzində 3800 nəfəri məskunlaşdıra bilər. Duz gölü, Misir səhrası, “Potas və Cəndəq” şəlaləsi, qədim qalalar, məqbərə və imamzadələr, gözəl xurmalıq və küçə-bağlar “Xur və Biyabanək”in bir hissəsi olaraq, turistlər üçün cazibədar olubdur.