Okt 27, 2020 17:41 Asia/Baku
  • İran animasiyası- Türkiyə festivalının ən yaxşı filmi

İranın «Canavaram, sürü aparıram» animasiyası Türkiyənin səkkizinci beynəlxalq «Canlandıranlar» animasiya filmi festivalının ən yaxşı filmi mükafatını qazanıb.

SəhərAzəri xəbər verir, «Canavaram, sürü aparıram» animasiya filminin rejissoru, Əmir Huşəng Moindir.

«Canlandıranlar» səkkizinci beynəlxalq animasiya filmi festivalı oktyabrın 16-dan 18-dək Türkiyənin İstanbul şəhərində online formada keçirilib.

«Canavaram, sürü aparıram» animasiyası indiyədək on beş beynəlxalq mükafat qazanıb və otuzdan çox beynəlxalq iştiraka da malik olubdur.

Səkkiz dəqiqəlik «Canavaram, sürü aparıram» animasiya filmi eyniadlı nağıldan qaynaqlanıbdır. Film «Kanun» kino işləri mərkəzində rəqəmsal animasiya fəndindən istifadə olunaraq istehsal edilibdir.

Teqlər