Dek 07, 2019 11:38 Asia/Baku
  • Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü günü münasibətilə başsağlığı veririk
    Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü günü münasibətilə başsağlığı veririk

Bu gün, 1441-ci hicri qəməri ili rəbiuləvvəl ayının onu, 2019-cu il dekabrın 7-si, dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın əziz bacısı Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü günüdür.

Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın pak hərəmi müqəddəs Qum şəhərində yerləşir.

Qum şəhəri dünya şiələrinin yeddinci imamı, İmam Musa Kazim(ə)-ın qızı Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü günündə matəmə qərq olub.

Bu şəhərin əhalisi matəm nişanəsi olaraq, qara bayraqlar sancıb, müxtəlif matəm mərasimləri keçirərək, İslamın bu möhtərəm xanımına, həmçinin paklıq Əhli-Beyti(ə) xanədanına öz məhəbbət və hörmətini ifadə edir.

Bu gün, Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın pak hərəmində xüsusi çıxış və məddahlıq tədbirləri keçirilir və zəvvarlar və hərəm ətrafındakı şəhər sakinləri matəm saxlayırlar.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü gününün gəlib çatması münasibətilə bütün azadlıqsevərlərə və müsəlmanlara, xüsusən dünya şiələrinə başsağlığı verir.

 

 

Şərhlər