Noy 09, 2020 10:18 Asia/Baku
  • AB nümayəndələri mənzilləri dağılmış fələstinlilər ilə görüşüblər

Bəzi Avropa ölkələrinin nümayəndələri İordan çayının qərb sahilində yerləşən "Şimali Əğvar" bölgəsində fələstinlilərin dağılmış mənzillərinə baxış keçirərək, sionistlərin cinayətlərinin bir hissəsinin yaxından şahıdı olublar.

SəhərAzəri xəbər verir, "Şimali Əğvar" bölgəsində yaşayan fələstinlilər bu baxış zamanı sionist hərbçilərin bu bölgədə törətdiyi cinayətlərdən danışıblar.

Sionist rejim hərbçiləri bu yaxınlarda "Şimali Əğvar" bölgəsində fələstinlilərin 70 yaşayış mənzillərini və müxtəlif obyektlərini dağıdıblar.

Sionist rejim fələstinlilərin evlərini dağıtmaq və sionist sakinli qəsəbələr salmaqla, Fələstin bölgələrində  hegemonçuluğunu qorumaq üçün bu bölgələrin etnik tərkibini dəyişdirməyə və bölgəni sionistləşdirməyə çalışır.

Beynəlxalq qanunlara əsasən, bu qəsəbələrin hamısı qanunsuzdur.

Teqlər