Noy 21, 2020 17:09 Asia/Baku
  • Yəmən ordusu Məarib yaxınlığında strateji bazanı ələ keçirdi

Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) qüvvələri şəhərə atəş açaraq Məarib şəhəri yaxınlığındakı strateji Moss bazasının azad etməyi bacarıb.

SəhərAzəri xəbər verir, istefa vermiş Yəmən hökumətinin hərbi mənbələri dünən (21 noyabr) axşam Məarib vilayətindəki strateji Moss bazasının Husilər (Ənsarullah) tərəfindən ələ keçirildiyini açıqlayıblar.

Moss bazası Məarib vilayətindəki İslam Partiyası (Yəmən İxvanı) qüvvələrinin nəzarəti altındakı son strateji baza idi və Məarib şəhərinə ən yaxın idi.

Neft və qazla zəngin olan Məarib vilayəti xain eks-prezident Mənsur Hadi rejiminin əsas piyada birləşməsi sayılan İslah Partiyasının ən vacib mərkəzidir.

Teqlər