Avq 11, 2020 07:53 Asia/Baku
  • Livan prezidenti Diyaba təşəkkür edərək, yeni hökumət qurulana qədər vəzifəsini icra etməyi tapşırıb

Livan prezidenti Mişel Aun dünən gecə bu ölkənin istefa vermiş baş naziri Həssan Diaba mənətdarlığını bildirərək, yeni hökumət qurulana qədər vəzifələrini icra etməyi tapşırıb.

SəhərAzəri xəbər verir, Təsnim xəbər agentliyinin məlumatına görə, Həssan Diab etdiyi televiziya çıxışında istefa verməsindən xəbər verib.

Diab istefa verdiyini elan etdikdən sonra istefa ərizəsini təqdim etmək üçün Liavan Prezidenti Mişel Aunun görüşünə gedib.

Aun bu görüşdə Həssan Diabın istefasını qəbul edərək, ona yeni hökumət formalaşana qədər baş nazir səlahəyyətlərinin icrasını tapşırıb. 

Livan KİV-ləri Diabın istefasına səbəb kimi, iki amili göstəriblər; birincisi "14 Mart" adlı Qərb yönümlü cərəyanın rəhbərliyi ilə son üç gümdə Beyrut küçələrində keçirilən etiraz aksiyalarının kəskinləşməsi, ikincisi isə bir neçə nazirin istefa verməsi. Beyrut şəhəri şənbə günü axşam çağından bəri Həssan Diabın baş nazirliyinə qarşı olan "14 Mart" adlı Qərb yönümlü cərəyanın təhriki ilə yaşayış şəraitinə və Beyrut limanı partlayışına etiraz olaraq, küçə aksiyalarının şahididir.

Həssan Diab avqustun 10-da etdiyi televiziya çıxışında deyib: "Beyrut fəlakətinə səbəb Livanda və siyasi siniflər arasındakı xroniki korrupsiyadır". O, sonra vurğulayıb: "Korrupsiyası Beyrut faciəsinin yaranmasına səbəb olanlar, onun hökumətilə əməkdaşlıq etmədikləri üçün utanmalıdırlar , hansı ki, uğurları onlar üçün təhdid hesab olunurdu".

Avqustun 4-də Beyrut limanında yerləşən pirotexnika anbarında geniş yanğının baş verməsi fonunda içərisində iki min 700 ton ammonium nitrat olan yaxındakı anbarda dəhşətli bir partlayış baş verib.

Livanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, indiyə kimi bu partlayış nəticəsində 158 nəfər həyatını itirib, beş mindən çox insan isə bədən xəsarəti alıb.

Teqlər

Şərhlər