Sen 21, 2018 17:54 Asia/Baku
  • İordaniya İsrailin NPT-yə qoşulmasını istədi
    İordaniya İsrailin NPT-yə qoşulmasını istədi

İordaniyanın Atom Enerjisi Təşkilatının sədri Xalid Tuqan İsrail rejiminin nüvə silahlarının yayılmasını qadağan edən NPT protokoluna qoşulmasını istəyib.

İRNA-nın məlumatına görə, Tuqan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 62-ci ümumi iclasında deyib: Yaxın Şərqin nüvə silahlarından təmizlənməsi və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üçün  İsrailin bütün nüvə təsisatlarının AEBA-nın nəzarəti altına keçməsi lazımdır.

Tuqan daha sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nüvə Fəaliyyətlərinə Nəzarət Paktının nüvə silahlarının yayılmasını önləmək üçün ən önəmli beynəlxalq səy olduğuna işarə edərək, deyib: Bu növ silahlar və digər kütləvi silahlar beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid sayılır.

İordaniyanın Atom Enerjisi Təşkilatının sədri dünya ictimaiyyətindən Yaxın Şərqin nüvə silahları və kütləvi qırğın silahlarından təmizlənməsinə dəstək verməsini istəyib.

İsrail rejimi Yaxın Şərqdə nüvə silahına malik yeganə rejim olaraq NPT protokolunu imzalamaqdan imtina etməsinə və nüvə təsisatlarının qapılarını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müffətişlərinin üzünə açmaq istəməməsinə baxmayaraq, davamlı olaraq ABŞ və digər böyük qüdrətlər tərəfindən himayə olunur.

Əslində İsrailin nüvə silahları Qərb dövlətləri və böyük qüdrətlərin nüvə məsələsində ikili davranışının bariz nümunəsidir.

Teqlər