May 25, 2019 17:34 Asia/Baku
  • Əl-Bəxiti:Yəmən Əbu Dəbi və Ər-Riyad hava limanlarını tətilə edə bilər
    Əl-Bəxiti:Yəmən Əbu Dəbi və Ər-Riyad hava limanlarını tətilə edə bilər

Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü: Əbu Dəbi hava limanına edilən hücumun video görüntülərinin yayımlanması Yəmənin önləyicilik qüdrəti habelə, Əbu Dəbi və Ər-Riyad hava limanlarının fəaliyyətlərini durdurmaq imkanından xəbər verir.

Əl-Məyadin informasiya kanalının bildirdiyinə görə, Məhəmməd Əl-Bəxiti həmçinin, bomba quraşdırılmış pilotsuz uçan aparatdan istifadə edərək, Əbu Dəbi hava limanına edilmiş hücumla bağı görüntülərə işarə edərək, dedi: 27 iyul 2018-ci ildə Səmad-3 PUA-sı ilə həyata keçirilən bu hücumu Birləşmiş Ərəb Əmirliyinin öz xalqına qarşı sədaqətli olmamasının nişanəsi adlandırdı. 

BƏƏ rəsmiləri Yəmən ordusunun Əbu Dəbi beynəlxalq hava limanına qarşı uğurlu əməliyyatının ardınca bu xəbəri rədd edərək, bəzi reyslərdə yaranan təxirin səbəbini hava limanının uçuş zolaqlarından birində qəzanın baş verməsi adlandırmışdı. 

Əl-Bəxitinin dediyinə görə, Səudiyyə rejiminin Yəmənə hərbi təcavüzü İrandan tutmuş Suriya, İraq, Livan və Yəmənə kimi uzanan müqavimət cəbhəsinin daha da güclənməsinə səbəb olub. 

Bundan öncə Yəmən ordusu silahlı qüvvələrinin sözçüsü Yəhya Səri Əbu Dəbi hava limanına olan hava hücumunun görüntülərinin Əl-Məsirə kanalı tərəfindən yayımlanmasının ardınca, istənilən yeni hücumun ən ağır formada cavablandırılacağını bildirərək, Yəmən müqavimətinin Səudiyyə koalisiyasının yeni hədəflərini vurmağa qadir olduğunu dedi. 

Səudiyyə koalisiyasının Yəmənə olan hücumlarında indiyə kimi 16 min insan şəhid olub, on minlərlə nəfər yaralanıb və milyonlarla insan didərgin düşüb. 

Teqlər