Noy 01, 2019 19:22 Asia/Baku
  • Yəməndə ABŞ-ın casusluq pilotsuzu vurulub
    Yəməndə ABŞ-ın casusluq pilotsuzu vurulub

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, bu qüvvələr Ərəbistanın Əsir bölgəsinin yaxınlığında bir amerikan casusluq pilotsuzunu vurublar.

Briqada generalı Yəhya Əlsərii bu gün öz tvitter səhifəsində yazıb: Yəmənli qüvvələr bu gün səhər Ərəbistanın cənubunda yerləşən Əsir bölgəsinin yaxınlığındakı təmas xəttində münasib silahla "Skan İql"(ScanEagle) tipindən olan bir amerikan casusluq pilotsuzunu vurmağa müvəffəq olublar.

Yəhya Əlsəriinin sözlərinə görə, bu PUA Yəmənin Ərəbistanla sərhəd bölgələrində casusluqla məşğul imiş.

Yəmən silahlı qüvvələrinin sözçüsü dünən gecə də bu ölkənin qərbində səud koalisiyasının bir ədəd casusluq və hücumçu PUA-nın məhv edilməsindən xəbər vermişdi.

Yəmən ordusunun və Ənsarullah hərəkatının müdafiə və hücum bacarıqları xüsusən son bir ildə aşkar inkişaf prosesinə malik olub, belə ki, Yəmən savaşı meydanında güc müvazinəti dəyişikliyiə uğrayıbdır.

 

Teqlər