İyul 17, 2020 10:02 Asia/Baku
  • Suriyanın HHM qüvvələri bir təcavüzkar pilotsuzla mübarizə aparıblar

Suriyanın hava hücumundan müdafiə qüvvələri bu ölkənin Həmah vilayətinin Səlamiyyə şəhərinin səmasında bir təcavüzkar pilotsuzla mübarizə aparıblar.

SəhərAzəri xəbər verir, Hələ bu pilotsuzun terror qruplarına, yoxsa sionist rejimə aid olması müəyyən edilməyib.

Sionist rejim daima terrorçulara dəstək olmaq üçün Suriya ordusunun mövqeləri və infrastrukturlarını hədəfə alır.

Belə bir halda, Suriyanın Həsəkə vilayətinə qarşı PUA hücumunda üç rus hərbçinin yaralanması barədə xəbərlər yayılıb.

Deyilənlərə görə, bu pilotsuz Türkiyəyə məxsusdur.

Türkiyə Suriyadakı terror qruplarının əsas himayədarlarından biridir.

Hazırda Suriyanın şimalındakı bölgələr Türkiyə ordusunun işğalı altındadır.

Ötən üç il ərzində Türkiyə ordusu dəfələrlə Suriya ərazisinə təcavüz edibdir.

Türkiyənin Suriyanın şimalına qarşı təcavüzləri benəlxalq səviyyədə geniş şəkildə pislənibdir.

Suriyada böhran Türkiyə, Ərəbistan, ABŞ və müttəfiqləri tərəfindən himayə olunan terror qruplarının geniş hücumları ilə 2011-ci ildən başlanıb. Bu hücumlarda məqsəd, region parametrlərini sionist rejimin xeyrinə dəyişmək olubdur.

Suriya ordusu son zamanlar İranın hərbi məsləhətləri və Rusiyanın himayəsilə bu ölkədə İŞİD terror qrupunun işinə son qoya bildi.

Digər terror qrupları da məğlub olmaqdadırlar.

Teqlər