Sen 22, 2020 13:58 Asia/Baku
  • Ərəbistan, BƏƏ və sionist rejim İraqı xaosa sürükləməyə çalışırlar

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və sionist rejimin İraqda iğtişaş törətməyə çalışırlar.

Səhər Azəri bildirir ki, bu barədə İraq parlamentinin deputatlarından Əbdül Əmir Təiban xəbər verib.

İraq parlamentində "Sadequn" fraksiyasının nümayəndəsi Əbdül-Əmir Təiban deyib: "Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və sionist rejim "Ziqar" vilayətinin mərkəzində yerləşən Nasiriyyə şəhərindəki bəzi fəallara bu şəhərdə gərginlik və iğtişaş yaratmaq, şəhəri xaosa sürükləmək üçün dəstək verirlər".

Təiban Nasiriyyə şəhərində baş verən hadisələrin və Səudiyyə və Əmirlik məhbuslarının saxlanıldığı "Əl-Hut" həbsxanasının mövcudluğunun, bölgədə narahatlıq yaratdığını bildirib və əlavə edib: "Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və sionist rejimə bağlı olan ünsürlər Ziqar şəhərindəki iğtişaşçılara pul göndərərək, onları dəstəkləyirlər.

İraqın müxtəlif şəhərləri, xüsusilə Bağdad, Bəsrə və Nasiriyyə son aylarda işsizlik və yoxsulluğa qarşı etiraz aksiyalarının şahididir.

Teqlər