Sen 24, 2020 15:11 Asia/Baku
  • ABŞ-ın Yəmənin daxili işlərinə müdaxiləsinə dair gizli sənədlər ifşa olunub

Əl-Məsirə telekanalının məlumtına görə, Yəmən ABŞ səfirliyinin Yəmənin daxili işlərinə müdaxiləsinin həcminə dair gizli sənədləri yayıbdır.

SəhərAzəri xəbər verir, Əl-Məsirə telekanalı sözü gedən sənədlərin bəzisinin ABŞ-ın Yəmənin paytaxtı Sənadakı səfirliyindən və bəzilərinin də 2014-cü il 21 sentyabr inqilabından əvvəl Yəmənin Milli Təhlükəsizlik Təşkilatından əldə edildiyini bildirib.

ABŞ səfirliyindən əldə edilən sənədlərin birində ABŞ-ın Yəməndəki sabiq səfiri Cerald Feirestein "Terrorizm ilə Mübariz" vahidinin Daxili İşlər Nazirliyindən Müdafiə Nazirliyinə köçürülməsini əmr edib.

2014-cü ildə Yəmən xalqı yəmənin istefa vermiş prezidenti Əbd Rəbbi Hadi Mənsur hökumətinin yetərsizliyinə qarşı etiraz aksiya keçirdilər. Ümumölkə aksiyaların davam etməsi ilə 21 sentyabr tarixində  xalq və inqilabçılar Sənaya daxil oldular və Ənsarullah Hərəkatı Yəmənin digər partiyalarının iştirakı ilə bu ölkə hökumətini ələ alıb.

Teqlər