Okt 04, 2020 18:23 Asia/Baku
  • Bağdad əhalisi bir daha ABŞ səfirliyinin raket sisteminin sınağından dəhşətə gəlib

Bağdad əhalisi bir daha ABŞ səfirliyinin raket sisteminin sınaqdan keçirilməsindən dəhşətə gəlib.

SəhərAzəri xəbər verir, Amerikanın Bağdaddakı səfirliyində raket müdafiə sisteminin yenidən sınaqdan keçirilməsi üçün hərbi sursatların atılması və təhlükə siqnallarının qulaqbatırıcı səsi bir daha bu şəhər əhalisini qoruxya salıbdır.

Amerikanın xüsusi bölmə qüvvələri bu gün bu ölkənin Bağdaddakı səfirliyində hərbi sursatlardan istifadə ilə «Sİ.AR.EY.EM»(CRAM) adlı yeni raket müdafiə sistemini sınaqdan keçiriblər.

Amerikanın Bağdaddakı səfirliyi ötən həftənin ortalarında da hərbi sursatlar atmaqla bu yeni raket sistemini sınaqdan keçirmişdi. Bu da paytaxtın içərisində çoxlu səs-küyə və əhalinin dəhşətinə bais olmuşdu.

Amerikanın Bağdaddakı səfirliyi indiyədək bu hərbi məşqlərin İraq hökumətinin koordinasiyası ilə həyata keçirilib-keçirilməməsi barədə bir izahat verməyibdir.

İraqdakı bir çox siyasi rəsmi bu qənaətdədir ki, Amerika səfirliyi diplomatik bir məkan olmazdan öncə, hərbi bir bazaya çevrilibdir. Onlar Amerika səfirliyini Bağdadın və bütün İraqın təhlükəsizliyi üçün bir təhlükə adlandırıblar.

Teqlər