Okt 12, 2020 19:34 Asia/Baku
  • Yəməndə münaqişə tərəfləri ən böyük əsir mübadiləsinə hazırlaşır

BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) üç gün davam edəcək əsirlərin mübadiləsi razılaşmasının həyata keçirilməsi üçün işlərə başlayıb.

SəhərAzəri Deyerler-ə istinadla xəbər verir, məlumatlı mənbələr, BMT və BQXK-nin istefaya göndərilmiş rejim ilə Yəmənin Milli Qurtuluş Hökuməti (Ənsarullah) arasında Cenevrədə imzalanan əsir mübadiləsi müqaviləsinin ilk mərhələsini həyata keçirmək üçün işlərə başladıqlarını və bu əsir mübadiləsinin oktyabrın 15-dən başlamağı planlaşdırıldığını söyləyiblər.

Əl-Ərəbi Əl-Cədidin verdiyi məlumata görə, əməliyyat 17 oktyabr şənbə gününə qədər davam edəcək və bundan sonra razılaşmanın ikinci mərhələsi ilə bağlı məsləhətləşmələr başlayacaq.

Bununla əlaqədar istefa vermiş Yəmən rejiminin xarici işlər naziri Məhəmməd Əl-Hədrami BQXK-nin Ər-Riyaddakı nümayəndəsi ilə əsir mübadiləsi ilə bağlı maddi-texniki tədbirləri nəzərdən keçirmək üçün görüşüb.

Görüş zamanı Əl-Hadrami müqavilənin tələblərini və Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsində göstərildiyi kimi, dörd nəfərin sərbəst buraxılması da daxil olmaqla, Hərbi Əsirlərə dair Stokholm Sazişində qeyd olunan “hamıya qarşı hamı” prinsipini vurğulayıb.

Adı çəkilən dörd nəfər istefa vermiş rejimin keçmiş müdafiə naziri Məhəmməd Əl-Sabihi, İslah Partiyasının böyük üzvü Məhəmməd Qəhtan, istefa vermiş rejimin prezidentinin qardaşı Nasir Mənsur Hadi və istefa vermiş rejimin komandirlərindən Fəysal Rəcəbdir. Onlar əsir mübadiləsi müqaviləsinin birinci mərhələsinə daxil edilməyiblər.

Məlumata görə, ilkin mərhələdə 1081 əsir Ədən, Zion və Məarib hava limanlarından Sənaya və əksinə BQXK təyyarələri ilə köçürüləcək.

Yəmən Milli Qurtuluş Hökuməti qarşı tərəfdən 14 səudiyyəli və 4 sudanlı da daxil olmaqla 400 əsiri və istefa vermiş hökumət də 681 əsiri azad edəcək.

BQXK nümayəndəsinin əsir mübadiləsi razılaşması üçün son hazırlıqlar barədə Milli Qurtuluş Hökumətinin rəhbərləri ilə oxşar görüş keçirməsi planlaşdırılır.

Teqlər