Okt 21, 2020 22:05 Asia/Baku
  • İŞİD Səudiyyə Ərəbistanında Qərb vətəndaşlarına hücum  çağırışı edib

İŞİD-in Səudiyyə rejimində Qərb vətəndaşlarına qarşı hücum çağırışı haqda məlumat verilib. Terror təşkilatı Səudiyyə rejimində tərəfdarlarını, bu ölkədəki Qərb vətəndaşlarına hücum etməyə çağırıb. İŞİD eyni zamanda Səudiyyə rejiminin iqtisadi infrastrukturuna hücum etməyə də çağırış edib.

SəhərAzəri xəbər verir, İŞİD mediada səs yayımlayıb: "Səudiyyə rejiminə, ərəb ölkələri ilə İsrail rejimi arasındakı münasibətlərin normallaşmasına dəstək verdiyi üçün hücum etmək lazımdır". Kökü kəsilməkdə olan İŞİD özü terror təşkilatı olduğu halda nədənsə ərəb ölkələrinin İsrail rejimi ilə münasibətlərin yaxşılaşdırılmasına qarşı çıxdığını iddia edir.

Xatırladaq ki, son bir neçə gündə BƏƏ və Bəhreyn rejimi, xüsusən də Fələstindən gələn geniş müqavimətə baxmayaraq, sionist rejimlə sülh və yeni əlaqələrini elan etdi. Eyni zamanda İsrail rejimi və Bəhreyn rejiminin səlahiyyətliləri Manamada barışıq imzalandığını və ötən gecə diplomatik əlaqələrin başladığını elan etdi. Bundan əvvəl 1979-cu ildə, Misir və İordaniya 1994-cü ildə sionist rejimlə barışıq müqaviləsi imzaladı. Qərblilərə hücum çağırışı edən İŞİD terror qruplaşması hələ də sionist rejimə qarşı müharibə elan etməyib

Teqlər