Noy 24, 2020 15:27 Asia/Baku
  • Bin Salman Netanyahunun Ərəbistana səfəri xəbərinin yayılması ilə razılaşıb

Bir sionist qəzet səud vəliəhdinin sionist rejimin baş nazirinin Ərəbistana səfəri və onunla görüşməsi ilə bağlı xəbərlərin yayılması ilə razılaşmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Bu sionist qəzet məlumatlı bir mənbəyə istinadən bildirib ki, bu, Netanyahunun bin Salmanla ilk görüşü deyil və görüşün iştirakçıları özlərinin ABŞ-ın yeni hökumətinə olan mesajlarının ötürülməsi məqsədilə onun detallarının yayılması ilə razılaşıblar.

Səud vəliəhdinin Netanyahunun Ərriyada səfərilə bağlı xəbərlərin yayılması ilə razılaşması elə bir haldadır ki, bəzi mənbələr bildiriblər ki, bin Salman Ərəbistan xalqının həmin səfərə və sionist rejimlə münasibətlərin adiləşdirilməsinə reaksiyasından nigarançılıq ifadə edibdir.

Sionist mənbələr dünən ABŞ dövlət katibi Mayk Pompeonun Ərriyadda olduğu bir vaxtda, sionist rejimin baş nazirinin və bəzi MOSSAD başçılarının Ərəbistana gizli səfərindən xəbər verdilər.

Bu xəbərin ifşa olunması mənfi reaksiyalar dalğasına səbəb olubdur.

Teqlər