Mart 11, 2018 10:30 Asia/Baku
  • Türkiyə fələstinlilərin Qüdsdə yaşamaq haqqını ləğv edən qanun layihəsinə etiraz etdi
    Türkiyə fələstinlilərin Qüdsdə yaşamaq haqqını ləğv edən qanun layihəsinə etiraz etdi

Türkiyənin Xarici İşlər Nazirliyi İsrail Knessetində fələstinlilərin Qüdsdə yaşamaq haqqının ləğv edilməsinə icazə verən qanun layihəsinin qəbul edilməsini kəksin formada qınayıb.

İRNA-nın məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyi şənbə günü axşam bir bəyanat yayaraq, bu qanun layihəsini kəskin formada tənqid edib və bunu Qüdsün demoqrafiyasının sionistlərin xeyrinə dəyişdirilməsinə hesablanmış bir plan adlandırıb. 

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: 1967-ci ildə şərqi Qüdsün işğal edildiyi zamandan bəri minlərlə fələstinlinin Qüds şəhərində yaşamaq haqqı ləğv edilib. Və fələstinlilərin fundamental hüquqlarının aşkar və kobud şəkildə pozulması Qüds şəhərinin demoqrfiyasını dəyişməyə hesablanmış qeyri-qanuni bir hərəkət olaraq pislənilir.

Teqlər