Apr 08, 2018 20:54 Asia/Baku
  • Türkiyədə sionist rejimin Yaxın Şərqlə bağlı məkrli planları mövzusunda konfrans keçirilib

Bu konfransda fərqli elmi, mədəni və siyasi düşüncələri olan şəxslər iştirak edir. Konfransın adı sionist rejimin işğalçılıq siyasətləri haqda xəbərdarlıq və İsrailli strateq Oded Yinonun islam ölkələrinin parçalanması haqda ideyasına qarşı çıxmaqdır.

Natiqlər Qərbi Asiya bölgəsində son bir neçə dekadalıq hadisələrə dərin və tarixi baxışla sionist rejimin regionun ölkələrini zəiflətmək və onları parçalanmaq üçün hesablanmış və təhlükəli ssenarisindən söz açıblar.

Konfrans iştirakçısı deyib: İsrail işğal olunmuş ərazilərdə cinayətlərini davam etdirməklə paralel olaraq islam ölkələrini parçalamaq məqsədilə müsəlmanlar arasında təfriqə yaratmaq niyyətindədir. Sionist rejim ABŞ-la eyni istiqamətdə birgə planda yeni siyasətlə Yaxın Şərq ölkələrini zəiflətmək istəyir. Onlar bəzi siyasətçiləri və mediaları ələ alaraq öz planlarını gerçəkləşdirirlər.

Türkiyə baş nazirinin müşaviri Ömər Korkmaz deyir: ABŞ və İngiltərə sionist rejimin əsas hamiləridir. Onlar pul və silahla qərbin Yaxın Şərqdəki qüdrətini möhkəmləndirməyə çalışırlar.

Başqa bir iştirakçı deyib: Vəd edilmiş torpaqlara dönüş adı altında planlar işğalçılıq siyasətləridir. Bütün bölgəyə hakim olmaq istəyirlər. Yeganə mübarizə yolu islam ölkələrinin birliyidir. Alimlər və ziyalılar dostluq və sülhün bərqərar olunması yolunu tapmalıdırlar.

Sionist rejimin etnik və dini boşluqlar vasitəsi ilə Yaxın Şərqdə islam ölkələrinin coğrafi sərhədlərinin dəyişilməsini diqqətdə saxlaması natiqlərin xəbərdarlıq etdiyi məsələ idi. Natiqlər Yaxın Şərqin gələcəyini nigaranedici hesab etdilər.