May 13, 2018 18:54 Asia/Baku
  • Ərdoğan BMT-nin strukturuna düzəlişin edilməsini istədi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının strukturuna dəyişikliyin edilməsini zəruri adlandırıb.

TRT kanalının verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən İstanbulda keçirilən bir toplantıda BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri arasında hətta, bir müsəlman ölkəsinin belə olmadığına işarə edərək, deyib: 20 ölkə Təhlükəsizlik Şurasının daimi, 196 ölkə isə növbə ilə bu şuranın qeyri daimi üzvü olmalıdır.

Türkiyə prezidenti müxtəlif ölkələrin tələbə təşkilatları nümayəndələrinin iştirak etdiyi bu toplantıda həmçinin, dünyada ədalət və sülhüm təmin edilməsi məqsədilə yaradılan BMT-nin bu gün artıq belə bir missiyaya malik olmadığını söyləyib.

BMT-nin Təhlükəsizlik Şurası 5 daimi və 10 qeyri daimi üzvə malikdir. Amerika, Britaniya, Fransa, Rsiya və Çin Təhlükəsizlik Şurasının daimi üzvləridirlər. TŞ-nin daimi üzvləri veto haqqına malikdirlər.