Reyhanlıda partlayış törədənlərdən biri saxlanılıb
Sen 12, 2018 17:35 Asia/Baku
Türkiyənin Reyhanlı şəhərində partlayış törədənlərdən biri Türkiyə MİT-i tərəfindən saxlanılıb.
İRİB-in verdiyi məlumata görə saxlanılan şəxs Yusif Nazik telekanallardan yayımlanan etiraflarında deyib: Reyhanlı gömrüyü yaxınlığında törədilən partlayış Suriyanın kəşfiyyat Təşkilatının sifarişi ilə törədilib.
Türkiyənin CNN telekanalı bildirib ki, bu şəxs MİT məmurlarının Suriyanın Laziqiyyə vilayətində həyata keçirdikləri əməliyyatda həsb edilib.
2013-cü ildə törədilən Reyhanlı gömrüyündəki partlayışda 53 adam ölmüşdü.