Fev 05, 2019 21:33 Asia/Baku
  • Türkiyə qırıcıları İraqın şimalında kürd yaraqlılarının mövqelərinə zərbələr endirib
    Türkiyə qırıcıları İraqın şimalında kürd yaraqlılarının mövqelərinə zərbələr endirib

Türkiyə qırıcıları iraqın şimalında, dağlıq ərazilərdə kürd yaraqlılarının sığınacaqlarına qarşı hərbi əməliyyat həyata keçiriblər.

Təsnim xəbər agentliyinin bildirdiyinə görə, Türkiyənin silahlı qüvvələri bu ölkə qırıcılarının İraqın şimalında Hakurk, Zab, Avaşin və Qara məntəqələrində kürd yaraqlılarının mövqelərinə raket zərbələri endirməsindən xəbər verib.

Bu məlumata görə, Türkiyə qırıcılarının hücumlarında kürd yaraqlılarının sığınacaqları və hərbi sursat anbarları hədəfə alınıb.

Kürd yaraqlıları İraqın şimalındakı dağlıq ərazilərdən Türkiyə əleyhinə hücumlar üçün sığınacaq olaraq istifadə edirlər.