İstanbulda ölənlərin sayı 16-ya çatıb
Fev 09, 2019 13:48 Asia/Baku
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir axtarış-xilasetmə işlərinin davam etdirildiyini deyib.
Xatırladaq ki, bədbəxt hadisə fevralın 6-da baş verib.