May 11, 2019 13:14 Asia/Baku
  • Ərdoğan: NATO ölkələrinin yanlış rəftarlarını qəbul etmirəm
    Ərdoğan: NATO ölkələrinin yanlış rəftarlarını qəbul etmirəm

Türkiyə prezidenti dünən gecə xarici ölkə səfirlərinin iştirakı ilə Ankarada təşkil edilmiş iftar mərasimində ABŞ-ı kəskin formada tənqid etdi.

Rəcəb Təyyib Ərdoğan dedi: Biz, NATO ölkələrinin bizə qarşı yanlış rəftarlarını qəbul edə bilmərik. NATO-nun üzvü olasan, strateji müttəfiq olasan, amma, sanksiyadan söz açasan, bu qəbul edilməzdir. 

Türkiyə prezidenti həmçinin dedi: Avropa Birliyi də davamlı olaraq bizimlə oyun oynamağa çalışır. Bunlar dözülməzdir. Hər şeydən çox bizi təəssüfləndirən məsələ, qarşımıza keçib bir söz demək, arxamızda isə başqa cür rəftar etməkdir. 

Ərdoğan əlavə etdi: Ölkəmizin İŞİD ilə mübarizəsində bizi dəstəkləməyənlər, didərginlər məsələsində də, işin məsuliyyətini bizim öhdəmizə qoydular.