• İİR prezidentinin xüsusi nümayəndəsi Türkiyə prezidenti ilə görüşüb
    İİR prezidentinin xüsusi nümayəndəsi Türkiyə prezidenti ilə görüşüb

İran İslam Respublikası prezidentinin Ankaraya göndərdiyi xüsusi nümayəndəsi Mahmud Vaizi dünən axşam Ankarada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşüb və Həsən Ruhaninin ona ünvanladığı yazılı müraciətini təqdim edib.

İRNA-nın verdiyi məlumata görə, görüşdə Mahmud Vaizi nüvə sazişi barədə son durumu , Amerikanın yeni sanksiyalarının başlanması və bu barədə İİR-nin mövqelərini açıqlayıb, İranın ABŞ-ı peşman edənədək öz müqavimətini davam etdirəcəyi vurğulanıb. 

Bu görüşdə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da İİR prezidentinin yazılı müraciətindən məmnunluq ifadə edərək, rəsmi Ankaranın Tehranla əməkdaşlıqları davam etdirəcəyini vurğulayıb, iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi və ehtimal olunan mövcud maneələrin aradan qaldırılmasına təkid edib. 

Ərdoğan yaxın gələcəkdə İİR prezidenti Ruhani ilə görüşəcəyinə ümidvar olduğunu deyib.

İİR prezidentinin xüsusi nümayəndəsi Mahmud Vaizi Türkiyə prezidenti ilə görüşdən öncə bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ticarət naziri Rüxsar Pekcan ilə də görüşmüşdür.  

Teqlər

Aug 10, 2018 08:59 Asia/Baku
Şərhlər