Jan 18, 2019 21:26 Asia/Baku
  • Türkiyə İranla ticarət mübadilələrinin artırılmasına təmayül bildirib
    Türkiyə İranla ticarət mübadilələrinin artırılmasına təmayül bildirib

Türkiyənin "Musiad" adlı müstəqil sənaye sahibləri və iş adamları cəmiyyətinin xarici ticarət və beynəlxalq əlaqələr komissiyasının sədri bu cəmiyyətin İran İslam Respublikası ilə ticarət mübadilələri həcmini artırmaq üzrə səyindən xəbər verib.

Zəki Quvercin deyib: Bu cəmiyyət İran İslam Respublikası ilə ticarət əlaqələrinin genişləndirilməsini istəyir və bu hədəfin reallaşması üçün əlindən gələni edəcəkdir.

Türkiyənin "Musiad" adlı müstəqil sənaye sahibləri və iş adamları cəmiyyətinin xarici ticarət və beynəlxalq əlaqələr komissiyasının sədri iki ölkə sahiibkarlarının iştirakı ilə Türkiyə və İranın regional ticarət əlaqələrinin genişləndirilməsi konfransının yanvarın 22-də Türkiyənin cənub-şərqində yerləşən Van şəhərində keçiriləcəyindən xəbər verib və ümidvarlıq edibdir ki, bu konfrans iki ölkənin ticarət mübadilələri həcminin artırılmasında konstruktiv rola malik olacaqdır.

Teqlər

Şərhlər