Dek 21, 2019 19:14 Asia/Baku
  • Ərdoğan Omran Xanın Kuala-Lumpur iclasında iştirak etmədiyinin səbəbini səudiyyəlilərin təzyiqi adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə hökumətinin təzyiqlərini Pakistan baş nazirinin 2019 Kuala-Lumpur iclasında iştirak etməməsinin səbəbi adlandırıb.

Anadolu Xəbər Agentliyinin bildirdiyinə görə, Rəcəb Tayyib Ərdoğan cümə günü dekabrın 20-də Malayziyanın paytaxtında keçirilən İslam ölkələrinin iclasından sonra müxbirlər qarşısında deyib; Ali Səud hökmdarları pakistana Omran Xanın Kuala-Lumpur iclasında iştirak etməməsi üçün təzyiq göstərib.

Türkiyə prezidenti sözlərinin davamında deyib; Ər-Riyad  Pakistanı, Omran Xanın bu iclasda iştirak etdiyi təqdirdə, öz depozitlərini Pakistanın Mərkəzi Bankından çıxaracağı və Ərəbistanda işləyən 4 milion pakistanlını deportasiya edəcəyi ilə hədələyib.

Ərdoğan xatırladıb: İqtisadi böhranla üzləşən Pakistan Ər-Riydın təzyiqləri qarşısında öz xarici işlər naziri Şah Mahmud Qureşini bu iclasa göndərmək məcburiyyətində qalıb.

İslam ölkələri başçılarının iclası dekabrın 19-u İran İslam Respublikasının prezidenti həsən Ruhani və Malayziya, Türkiyə və Qətərın başçıları və islam ölkələrindən gələn yüzlərlə görkəmli şəxsiyyətlərin iştirakı ilə Malayziyanın paytaxtı Kuala-Lumpurda işə başlayıb.

Siyasi ekspertlərin bildirdiyinə görə, Malayziyanın baş naziri Mahatir muhəmməd tərəfindən Ərəbistan və BƏƏ-lərinin dəvət edilməməsi Ali-Səud hökumətinin əsas narazılıq səbəbidir.

Teqlər

Şərhlər