Yan 29, 2020 16:23 Asia/Baku
  • Türkiyədə ABŞ-ın
    Türkiyədə ABŞ-ın "əsrin sövdələşməsi" planına qarşı aksiya keçirilib

Türkiyə xalqı Fələstin xalqı və amallarını dəstəkləmək məqsədilə ABŞ-ın İstanbuldakı səfirliyi və konsulluğunun qarşısına toplaşaraq, "əsrin sövdələşməsi" planına qarşı şüarlar səsləndiriblər.

“Əsrin sövdələşməsi” adlı planın detallarının açıqlanmasından bir saat sonra yüzlərlə etirazçı ABŞ-ın İstanbuldakı konsulluğunun qarşısına toplaşaraq, Donald Tramp və Sionist rejim əleyhinə şüarlar səsləndiriblər. Aksiyaçılar D.Trampın sülh planını Sionist rejimin İşğal olunmuş Fələstin ərazilərində işğalçılıq siyasətlərinin davamı kimi qiymətləndiriblər.

M.M: Ay Kafirlər, 1.5 milyard müsəlman ilk qiblələri olan Qüdsi-Şərifin ABŞ-ın qatil prezidenti Tramp və İsrailin cinayətkar baş naziri Benyamin Netanyahu tərəfindən ələ keçirilməsinə heç vaxt icazə verməyəcəklər.

İstanbulun qeyri-hökumət təşkilatları və xalq kütlələrinin çevik və qəzəbli reaksiyaları gecə yarısınadək davam etdi.

Fələstinin İslami Müqavimət Hərəkatı-Həmasın nümayəndəsi bu aksiyada ABŞ-ın “əsrin sövdələşməsi” planının İslam dünyası ilə zidiyyət təşkil etdiyini bildirib. 

M.M: Trampın planı İslam dünyasına böyük hörmətsizlikdir. Bu həyasız hərəkətə müqavimət, birlik və həmrəyliklə cavab verəcəyik.

Aksiyanın yekun bəyanatında, ABŞ qüvvələrinin regiondan çıxarılması və onun Türkiyədəki bazalarının bağlanması vacibliyi vurğulandı.

Etirazçılar Qüdsi-Şərifin işğaldan azad olunması üçün yeganə həll yolunun İşğal olunmuş Fələstin ərazilərində müqavimət yolunun və Sionist rejimə qarşı mübarizənin davam etdirilməsi olduğunu bildiriblər.

 

Teqlər

Şərhlər