May 11, 2017 19:17 Asia/Baku
  • Türkiyənin bəzi məntəqələrində komendant saatı bərqərar edilib

Türkiyə hökuməti bu ölkənin cənub-şərqindəki Diyarbəkir vilayətinin üç nöqtəsində komendant saatı bərqərar edib.

IRIB-nin məlumatına görə, Diyarbəkir valiliyi bildirib ki, PKK ilə mübarizənin davamında Kulp rayonunun üç kəndində bu gün səhər saat beşdən naməlum müddətədək komendant saatı bərqərar olacaq.

Ötən bir neçə həftədə Diyarbəkir vilayəti çoxlu sayda partlayışın şahidi olub. Nəticədə onlarla nəfər ölüb və yaralanıbdır.

PKK bu partlayışların məsuliyyətini öz üzərinə götürüb.

Teqlər