May 17, 2017 11:15 Asia/Baku

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı deyib ki, Amerika terror qruplarına, xüsusən İŞİD-ə maliyyə və hərbi yardımlar göstərir.

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı bir çıxışda sonra deyib: Terror qruplarına maliyyə və hərbi yardımların davam etməsi dünyanın, xüsusən Yaxın Şərqin təhlükəsizliyi və stabilliyini son dərəcə təhlükəyə salıbdır.

O, söyləyib: Türkiyənin Amerikanın strateji bir şəriki kimi NATO-ya üzvlüyü böyük qüdrətlərin, xüsusən Amerikanın tarix boyu olan fitnələrindən biridir.

Dövlət Bağçalı sonra ABŞ rəsmilərinin YPG və PYD-yə olan köməklərini etiraf etmələrinə işarə edib.

Qeyd edək ki, Türkiyə-ABŞ əlaqələri çoxdan bəri ciddi böhranla üzləşibdir.

Türkiyənin Suriyanın şimalındakı kürdlərin silahlanmaları ilə müxalif olduğu və dəfələrlə bu haqda Ağ Evə xəbərdarlıq etdiyi bir halda, Vaşinqton YPG və PYD-yə silah və sursat göndərməyi davam etdirir.

Dünən gecə Amerika prezidenti Donald Tramp Suriyanın şimalındakı kürd qüvvələrə silahların göndərilməsinin davam etdirilməsi haqda qərar qəbul etdi.

Teqlər