May 29, 2017 11:18 Asia/Baku
  • İki həftəyədək alman hərbçilər Türkiyəni tərk edəcəklər
    İki həftəyədək alman hərbçilər Türkiyəni tərk edəcəklər

Almaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, qarşıdakı iki həftə ərzində bu ölkənin Türkiyədəki hərbçilərini geri çağıracağı ehtimal edilir.

Röytersin verdiyi məlumata görə, Almaniya XİN rəsmilərindən biri adının açıqlanmaması şərti ilə verdiyi müsahibədə deyib: Berlin İncirlik bazasında fəaliyyət göstərən alman qüvvələr barədə müzakirə aparmaqdadır. 

Həmin alman rəsminin dediyinə görə, iki ölkə bu xüsusdakı ixtilafların həlli yolları barədə iyun ayının ortalarınadək işləyəcəklər. 

Hal-hazırda 250 alman hərbçi Amerikanın başçılıq etdiyi sözdə İŞİD-ə qarşı koalisiyaya yardım məqsədi ilə Türkiyənin İncirlik hava bazasında fəaliyyət göstərirlər. 

Almaniya dövləti ötən həftə bildirdi ki. Türkiyənin Almaniya nümayəndə heyətinə İncirliyə getməsinə icazəsi verməməsinə görə, özünün bu bazadakı hərbçilərini İordaniya və yaxud regionun başqa bir ölkəsinə köçürmək istəyir. 

2016-ci il iyul ayının 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhddən sonra Türkiyə rəsmiləri ordu, polis, ədliyyə, müxalifət, jurnalistlər və yazıçılara qarşı geniş kollektiv həbslərə başladılar. 

Türkiyə Almaniyaya sığınan çevrilişdə şübhəli bilinənlərin Türkiyəyə təhvil verilməli olduqlarını dəfələrlə vurğulayıb. 

Bu mövzu bir neçə aydır Türkiyə ilə Almaniya əlaqələrinə kölgə salıb və Türkiyə dövlətinin Almaniyanı terrorçulara sığınacaq verməkdə ittihamlandırmasına gətirib çıxarıb. 

Almaniya xüsusiyyət təşkil etməklə Avropa ölkələri Türkiyə hökumətini dövlət çevrilişi hadisəsindən özünün siyasi müxalifəti ilə hesablarını çürütmək üçün istifadə etməkdə ittihamlandırırlar. 

Teqlər