İyun 27, 2017 11:35 Asia/Baku
  • PKK Türkiyənin Hakkaridəki hərbi bazasına hücum edib

Bir Türkiyə hərbçisi PKK  kürd silahlı qrupunun Türkiyənin cənub-şərqində yerləşən Hakkari vilayətinə qarşı hücumunda öldürülüb.

Anadolu xəbər agentliyinin məlumatına görə, Hakkari valiliyi bu gün bir bəyanatda PKK ünsürlərinin İraqın şimalından Türkiyənin İraqla müştərək sərhədləri yaxınlığında yerləşən Şemdinli məntəqəsindəki hərbi bazasına qarşı mərmi hücumu və şiddətli atəşindən xəbər verib.

Bu bəyanatda deyilir ki, PKK ünsürlərinin mərmilərinin Şemdinli bazasına atılması türkiyəli bir hərbçinin ölümünə bais olubdur.

Bazar günü də PKK üzvlərinin Türkiyənin Hakkari vilayətində yerləşən Çukurca məntəqəsində bu ölkə ordusunun bölməsinə qarşı hücumunda digər bir türkiyəli həbçi öldürülübdür.

 

Teqlər