İyul 06, 2017 19:53 Asia/Baku
  • İran istehsalı olan
    İran istehsalı olan "Katamaran" Türkiyəyə təhvil verilir

İran istehsalı olan ilk "Katamaran" lazımi lisenziyaların alınması ilə qarşıdan gələn 3 ay ərzində Türkiyəyə təhvil veriləcək.

İRİB-nin verdiyi məlumata görə, İranın "Urundan" gəmiqayırma şirkətinin icraçı müdiri Hüseyn Qurbani bu barədə məlumat verib və deyib: "Katamaran" istehsalı İranın bu növ gəmi istehsal edən ölkələr sırasına daxil olması mənasındadır. Hazırda sadəcə 7 ölkə bu növ gəmi istehsal etməyə qadirdir. 

Dərinliyi 2 metrə qədər olan dayaz sularda belə üzməyə qadir olan bu katamaran pis hava şəraitində belə münasib yanalma qabiliyyətinə malikdir. İran istehsalı olan bu katamaran 238 sərnişin və 10 ədəd avtomobil daşımağa qadirdir. 

Teqlər