İyul 20, 2017 20:23 Asia/Baku
  • İbrahim Kalın
    İbrahim Kalın

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ankarada bir mətbuat konfransında deyib: İndiyə kimi Silahlı Qüvvələrin Gülən hərəkatının üzvlərindən təmizlənməsi istiqamətində bir çox işlər görülüb.

İRİB-nin verdiyi məlumata görə, İbrahim Kalın Türkiyə ordusunun bu gün 15 iyul 2016-cı ildə dövlət çevrilişinə uğursuz cəhdin edildiyi dövr ilə müqayisədə daha güclü olduğunu deyərək, ölkənin Gülənçilərdən təmizlənməsi əməliyyatının davam edəcəyini bildirib.

Kalın həmçinin deyib: Türkiyə regionda terrorizmin məhv edilməsində ciddi iradəyə malikdir.

O, bu gün Türkiyənin 15 iyul hadisələrindən öncə ilə müqayisədə daha təhlükəsiz oldğunu da deyib.

Teqlər