Avq 16, 2017 14:00 Asia/Baku
  • İstanbulda silahlı toqquşma

Türkiyənin İstanbul şəhərində polis ilə silahlı şəxslər arasında baş vermiş silahlı toqquşmada bir polis məmuru və bir mülki şəxs yaralanıb.

Bu toqquşma bu gün səhər İstanbulun "Qazi Osman paşa" məntəqəsində polis qüvvələri ilə silahlı şəxslər arasında baş verib.

Bu olay barədə artıq təfərrüat verilməyib.

Qeyd edək ki, dünən bir silahlı şəxs İstanbul şəhərindəki binalardan birinin damından hədəfsiz olaraq atəş açmışdı.

Ötən bazar ertəsi günü bir İŞİD üzvünün İstanbul şəhərindəki hücumunda da bir polis məmuru ölmüş, bir nəfər də yaralanmışdı.