Avq 20, 2017 12:42 Asia/Baku
  • Türkiyədə 3 milyon suriyalı didərgin yaşayır
    Türkiyədə 3 milyon suriyalı didərgin yaşayır

Türkiyənin baş nazir müavini Suriyanın 4 milyonluq didərgin nüfusunun 3 milyonunun Türkiyədə yaşadığını deyib.

İRNA-nın verdiyi məlumata görə, Türkiyənin baş nazir müavini Hakan Çavuşoğlu dünən ümumdünya humanizm günü münasibəti ilə keçirilən tədbirdə deyib: 4 milyonluq suriyalı didərgin nüfusunun 3 milyonu Türkiyədə yaşayır. 

Türkiyə baş nazirinin digər müavini Rəcəb Akdağ da həmin tədbirdə etdiyi çıxışında Suriyada daxili müharibəyə son qoyulmasının vacibliyini vurğulayıb və deyib: İŞİD kimi zalım və terrorçu qrupların Suriyadan təmizlənilməsi insanlığa yardım deməkdir ona görə ki, həmin qruplar Suriya xalqına saysız-hesabsız ağrı-acılar veriblər. 

Türkiyə Suriya ilə 822 km müştərək sərhəddə malik olaraq didərginlər axımının şahidi olub , eyni zamanda İŞİD terrorçuları və Suriyanın yaraqlı müxalif qruplarının gediş-gəliş yoluna çevrilib. 

Teqlər