Okt 12, 2017 21:28 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti Ankara ilə Vaşinqton arasında yaranmış son böhrana münasibət bildirərkən deyib: Amerika özünün strateji ortağı olan Türkiyəni səfirinə qurban verdi.

İRİB-in Ankaradan verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Amerika ilə viza rejiminin ləğvi barədə yaranmış böhranı təhlik edərkən ABŞ-ın Ankaradakı səfiri Con Basın bu böhranda məsuliyyət daşıdığını deyib və bildirib: ABŞ-ın İstanbuldakı konsulluğunun işçisinin həbs edilməsi  faktlara istinadən və məhkəmə işi çərçivəsində həyata keçib. 

Ərdoğan həmçinin ABŞ konqresinin onun cangücənlərinə silah satışına mane olmasına toxunaraq Türkiyənin daxili işlər naziri Süleyman Soyludan bundan sonra Amerikadan bəzi silah alışını dayandırmasını və bu sahədə olan ehtiyacları daxili imkanlar vasitəsi ilə təmin etməyə kifayətlənməsini istəyib. 

ABŞ-ın İstanbuldakı konsulluğunun iki işçisinin casusluq və terrorçu Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə həbs edilməsindən sonra , Ankara ilə Vaşinqton arasında yaranmış böhran bazar günü hər iki tərəfin qarşılıqlı viza rejimini dayandırması ilə daha da gərginləşib. 

Teqlər