Okt 27, 2017 15:04 Asia/Baku
  • Çavuşoğlu PKK-ya qarşı İraqla birgə addımlara təkid edib
    Çavuşoğlu PKK-ya qarşı İraqla birgə addımlara təkid edib

Türkiyənin xarici işlər naziri PKK-ya qarşı Ankara-Bağdad birgə addımlarına təkid edib.

Mövlud Çavuşoğlu İraqın şimalındakı bəzi kürd qrupların və yerli məsul şəxslərin PKK-ya dəstək vermələrini tənqid edərək, bu qrupun mümkün olan hər bir vasitə ilə İraq Kürdüstanında məhv edilməsini vurğulayıb.

Türkiyənin xarici işlər naziri sonra Ankaranın terrorçuların Suriyadakı hakimiyyəti ilə mübarizəsinin davam etməsini vurğulayıb. O, İraq Kürdüstanında separatçılıq referendumunun nəticələrinin dayandırılmasını yetərsiz adlandırıb və onun nəticəsinin ləğv edilməsini istəyib.

Çavuşoğlu çıxışının digər bir hissəsində dünya bazarlarına ixracatın artırılması istiqamətində Ankaranın Bağdad ilə həmkarlıqlarının artmasından xəbər verib.

Bundan öncə İraqın baş naziri Heydər Əlibadi Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə görüşdə Bağdad ilə Ankaranın İraqdakı sərhəd çəkişmələrinə son qoyulması sahəsində həmkarlıqlarını vurğulamışdı.

Türkiyədə kürdlər məsələsinin həlli üzrə sülh prosesi 2012-ci ilin dekabrında başlanaraq, 2015-ci ilin iyulunda Suruç şəhərindəki partlayışın ardınca dayandırıldı və ondan sonra Türkiyə ordusu ilə PKK qüvvələri bir-birilərinin mövqelərinə qarşı hücumları bərpa etdilər.

Yayılmış statistikalara görə, 2015-ci ilin iyulundan bəri Türkiyənin təhlükəsizlik qüvvələrindən azı altı yüz nəfər və PKK-nın yeddi mindən çox üzvü öldürülübdür.

Teqlər