Yan 01, 2018 19:53 Asia/Baku
  • İraqın şimalında ondan çox Türkiyə hərbçisi öldürülüb
    İraqın şimalında ondan çox Türkiyə hərbçisi öldürülüb

PKK-ya yaxın mənbələr İraqın Dəhuk vilayətinin şimalındakı bir hərbi bazaya qarşı hücumda on bir türk hərbçinin öldürülməsindən xəbər veriblər.

Bu mənbələr bildiriblər ki, Türkiyənin İraqın Dəhuk vilayətinin şimalında yerləşən "Kani Masi" sərhəd məntəqəsindəki hərbi bazasına qarşı hücumda təqribən on bir Türkiyə hərbçisi ölüb, yeddi hərbçi də yaralanıbdır.

Bu hücumda həmçinin Türkiyə hərbçilərinə aid olan bir tank da məhv edilibdir.

İraqın dövləti və rəsmiləri dəfələrlə Türkiyədən istəyiblər ki, öz qüvvələrini İraqdan çıxarsın, amma türkiyəli rəsmilər İraq dövlətinin tələbinə məhəl qoymadan terrorizmlə mübarizə bəhanəsilə həmin ölkədə türk hərbçilərin iştirakı və sayının artırılmasına israr edirlər.

Türkiyə 2015-ci ilin sonlarından bəri terrorizmlə mübarizə bəhanəsilə öz hərbi qüvvələrindən yüzlərlə nəfəri qanunsuz şəkildə İraqın şimalında yerləşdiribdir.

 

Teqlər