Fev 17, 2018 10:02 Asia/Baku
  • Türkiyə ordusu zəhərli qaz ilə Afrindəki bir kəndə hücum edib
    Türkiyə ordusu zəhərli qaz ilə Afrindəki bir kəndə hücum edib

Türkiyə ordusu hərbçilərinin Suriyanın Afrin şəhəri yaxınlığındakı bir kənddə zəhərli qazdan istifadə etmələri nəticəsində bu məntəqənin bir qrup mülki sakini boğuntu halına düşübdür.

Afrin şəhərindəki xəstəxananın məsul şəxsləri bildiriblər ki, Türkiyə ordusu hərbçilərinin Şeyxulhədid məntəqəsinin Əlməzinə kəndinin sakinlərinə qarşı zəhərli qaz növü işlətmələri nəticəsində onlardan azı altı nəfər bədən xəsarəti alıbdır.

Afrin şəhərindəki xəstəxananın müdirinin sözlərinə görə, bədən xəsarəti alanlardan iki nəfərin vəziyyəti ağırdır və hələ bu qazın növü müəyyən edilməyibdir.

Belə bir halda, Türkiyə ordusu Suriya sərhədlərində yerləşən türk hərbçilər üçün yeni hərbi təchizatlar göndəribdir.

Türkiyə ordusu "Suriya azad ordusu" adlı silahlı qrupun həmkarlığı və elan olunmuş "Afrində terrorizmlə mübarizə" hədəfi ilə 2018-ci il yanvarın 20-də öz hərbi hücumlarına başlayıbdır.

Suriyanın xarici işlər nazirliyi Türkiyə ordusu hərbçilərinin Suriyanın Hələb vilayətinin Afrin şəhərinə qarşı hücumunu pisləyərək, bildiribdir ki, Türkiyənin bu hərəkəti Suriyanın suverenliyinin pozulması deməkdir.

Teqlər