Mart 16, 2018 20:33 Asia/Baku
  • Ərdoğan Yaxın Şərqdə savaş ehtimalı barədə xəbərdarlıq edib
    Ərdoğan Yaxın Şərqdə savaş ehtimalı barədə xəbərdarlıq edib

Türkiyə prezidenti bildirib ki, ABŞ-ın hərbi bazalarının Suriyada yerləşdirilməsi üçüncü dünya savaşı ilə nəticələnə bilər.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ABŞ-ın hərbi bazalarının Suriyada yerləşdirilməsini Türkiyə daxil olmaqla region ölkələri üçün bir problem adlandırıbdır.

O, deyib: Suriyada 20 Amerika hərbi bazası yaradılıbdır ki, onun əsas hədəfi, Ankara və Tehrana qarşı təzyiqdir.

Türkiyə prezidenti bu ölkənin Suriya ilə müştərək sərhədlərinə işarə edərək, əlavə edib: Belə bir halda, Amerika və ya koalisiyaya üzv digər ölkələr Suriya ilə müştərək sərhədə malik olmadan bu ölkədə hərbi bazalar yaratmaq niyyətindədirlər.

Amerika ilə Türkiyə arasındakı əlaqələr ötən bir neçə ayda, xüsusən Vaşinqtonun Suriyanın şimalında yerləşən və Ankaranın terrorçu saydığı kürd yarımhərbçilərə dəstək verməsinə görə, kəskinləşibdir.

Teqlər