Apr 18, 2018 20:05 Asia/Baku
  • Ərdoğa vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsi təklifi ilə razılaşıb

Türkiyə prezidenti 24 iyun 2018-ci ildə ölkədə vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsi təklifi ilə razılaşıb.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyə prezideti Rəcəb Təyyib Ərdoğan çərşənbə günü 24 iyun 2018-ci ildə vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsi ilə razılaşıb və seçkilərin keçirilməsinə hazırlıq üzrə qanuni prosesə start verilib.

Türkiyə prezidenti deyib: Türkiyənin Ali Seçki Şurası vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsi üçün hazırlıq işlərinə başlayacaq.

Bu qərar Türkiyə prezidenti və Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bağçalı arasında baş tutan görüşün ardınca çıxarılıb.

Dövlət Bağçalı dünən, çərşənbə axşamı MHP-nin toplantısında etdiyi çıxışında vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsi təklifini irəli sürmüşdü.

 

Teqlər